2025-ci ildə “qızıl top”a namizədlərini açıqladı – Məşhur məşqçi

3 Mart 21:40 Dünya futbolu 187
2025-ci ildə “qızıl top”a namizədlərini açıqladı – Məşhur məşqçi

“Arsenal”ın sabiq baş məşqçisi Arsen Venger 2025-ci ildə “qızıl top”a iddialıların adlarını açıqlayıb.

Sportinfo.az “beİN Sports”-a istinadən xəbər verir ki, fransalı mütəxəssis Məhəmməd Salahdan başqa, digər namizədlərin də olduğunu söyləyib:

“Salahdan başqa, digər namizədlər də var. “Real”dan Vinisius Junior və Kilian Mbappe “qızıl top” uğrunda mübarizə apara bilər”.

Ötən il “qızıl top”un qalibi İspaniya millisinin və “Mançester Siti”nin yarımmüdafiəçisi Rodri Hernandes olub.

Vinisius uzun müddət bu mükafatı qazanmaq üçün favorit hesab olunsa da, braziliyalı hücumçu final səsverməsində ikinci olub.

Digər Xəbərlər
Xəbər Lenti
3 Mart 11:20 Bir az da siz…