“Yamalın Messi ilə müqayisə edilməsi mənim xoşuna gəlmir”

1 Mart 01:40 Dünya futbolu 248
“Yamalın Messi ilə müqayisə edilməsi mənim xoşuna gəlmir”

Fransalı sabiq hücumçu Tyerri Anri Lamin Yamalın Lionel Messi ilə müqayisə edilməsi barədə fikirlərini açıqlayıb.

17 yaşlı futbolçunu “Barselona”da tez-tez argentinalı hücumçunun varisi adlandırırlar.

Sportinfo.az “goal”-a istinadən xəbər verir ki, Anrinin fikrincə, bunun çox da mənası yoxdur:

“Yamal və Messi? İnsanların müxtəlif dövrləri, fərqli oyunçuları müqayisə etməsi mənim xoşuma gəlmir. Yamal heç kim olmağa çalışmır, o, artıq özüdür”.

Yamal bu mövsüm Hans-Diter Flikin komandasının heyətində 34 matçda 11 qol vurub və 17 məhsuldar ötürmə edib.

Messi 2021-ci ilə qədər “Barselona”da çıxış edib və hazırda “İnter Mayami”nin rənglərini təmsil edir.

Digər Xəbərlər
Xəbər Lenti