Ronaldo bu jesti ilə dünya futbolunun gündəmini “zəbt etdi” - VİDEO

26 Fevral 15:20 Dünya futbolu 1 587
Ronaldo bu jesti ilə dünya futbolunun gündəmini “zəbt etdi” - VİDEO

Portuqaliya millisinin və “Əl-Nəsr”in ulduzu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı çempionatının 22-ci turunda “Əl-Vahda” ilə matçda etdiyi hərəkətlə gündəmə gəlib.

Sportinfo.az xəbər verir ki, Ronaldo oyunun 99-cu dəqiqəsində penalti qazansa da, özü vurmayıb.

Karyerasında qol rekordunu davam etdirməsinə baxmayaraq, ulduz forvard penalti haqqını 9 oyunda heç bir qol vura bilməyən Sadio Maneyə buraxıb.

Kriştianonun bu nəcib hərəkəti futbolsevərlər tərəfindən təqdir edilib və qısa zamanda sosial şəbəkədə gündəm olub.

Həmin qarşılaşmanın 48-ci dəqiqəsində Ronaldo klubunun ilk, karyerasının isə 925-ci qolunu vurub.

Digər Xəbərlər
Xəbər Lenti