
Rusiya millisinin baş məşqçisi Valeri Karpin Premyer Liqa təmsilçisi “Rostov”dan ayrılıb.
Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Sarı-göylər” 56 yaşlı mütəxəssisin əvəzinə ispaniyalı Conatan Alba ilə anlaşıb. “Rostov” hazırda 26 xalla turnir cədvəlinin yeddinci pilləsində qərarlaşıb.
Karpin Rusiya yığması ilə yanaşı, “Rostov” komandasını da çalışdırırdı.