Baş məşqçi postunu ötənlərin məşhur hücumçusuna tapşırmaq istəyirlər

21 Fevral 01:40 Dünya futbolu 236
Baş məşqçi postunu ötənlərin məşhur hücumçusuna tapşırmaq istəyirlər

“Feyenoord” Robin van Persini baş məşqçi təyin etmək üzərində işləyir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Rotterdam klubu “sükan”ı sabiq hücumçuya tapşırmağa çalışır.

41 yaşlı mütəxəssis hazırda “Herenven”də çalışır, ancaq görünür, tezliklə iş yerini dəyişəcək. Bu gün tərəflərin bütün şərtləri razılaşdıracağı gözlənilir.

Bundan sonra sözləşmə rəsmən təsdiqlənəcək. Robin van Persi “Feyenoord”da bir müddət əvvəl qovulmuş Brayan Priski əvəz edəcək.

Rotterdam komandası UEFA Çempionlar Liqasının pley-off mərhələsində iki oyunun cəminə görə (1:0; 1:1) “Milan”ı mübarizədən kənarlaşdıraraq 1/8 finala yüksəlib.

Digər Xəbərlər
Xəbər Lenti
21 Fevral 17:50 Çək və bizə göndər!
21 Fevral 12:40 "Çox güclü komandadır"
21 Fevral 03:10 Səfərdə Kosovoya uduzduq