“Mən qalibəm, tarixdə qalmayacaq bir şey etmək istəmirəm”

19 Fevral 00:10 Dünya futbolu 217
“Mən qalibəm, tarixdə qalmayacaq bir şey etmək istəmirəm”

Hazırda “Milan”da çalışan sabiq futbolçu Zlatan İbrahimoviç bu klubla nəticə əldə etmək istədiyini bildirib.

Sportinfo.az “Milan News”-a istinadən xəbər verir ki, isveçli keçmiş hücumçu, tarixdə qalmayacaq bir şey etmək istəmədiyini söyləyib:

“Mən qalibəm, ona görə də nəticələr əldə etmək istəyirəm. Tarixdə qalmayacaq bir şey etmək istəmirəm. “Milan” tarix yazmağı bilən klubdur.

Komandanın adı qələbələr və kuboklarla əlaqələndirilir. Biz bunu davam etdirməliyik”.

“Milan” İtaliya çempionatında 41 xal toplayaraq turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti