![“Mən həmişə deyirəm ki, keçmiş futbolçular VAR kimi işləməlidirlər"](https://www.sportinfo.az/media/2025/02/14/kapello-700x470.jpg)
Tanınmış məşqçi Fabio Kapello VAR sisteminə yanaşmanın dəyişdirilməsini təklif edib.
Sportinfo.az “Sky Sports”-a istinadən xəbər verir ki, italiyalı mütəxəssisin fikrincə, monitorlarda hakimlər deyil, keçmiş futbolçular video-assistent kimi çalışmalıdır:
“Mən həmişə deyirəm ki, keçmiş futbolçular VAR kimi işləməlidirlər. Ancaq hakimlər bunu dinləmək istəmirlər”.
Görünür, Kapello keçmiş oyunçuların epizodları daha yaxşı başa düşə biləcəyinə inanır.