!["Ronaldo 1000 qol vuracaq və biz böyük bir ziyafət təşkil edəcəyik”](https://www.sportinfo.az/media/2025/02/09/ronaldo-al-nasr.jpg)
Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun kommersiya direktoru Jordi Durante Kriştiano Ronaldonun 1000 qol vurmaq iddiasından danışıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, klub rəsmisi, portuqaliyalı hücumçunun komandada hər kəsə kömək etdiyini bildirib:
“Ronaldo komandada hər kəsə kömək edir, onun peşəkarlığı hər şeydə göz qabağındadır. Əminəm ki, o, “Əl-Nəsr”dəki çıxışı zamanı 1000 qol vuracaq və biz böyük bir ziyafət təşkil edəcəyik”.
40 yaşlı forvard ötən gün “Əl-Nəsr”in heyətində daha bir qol vurub. O, Səudiyyə Ərəbistanı çempionatında “Əl-Faiha” (3:0) ilə matçda fərqlənib.
Onun aktivində hazırda 924 qol var və klubu ilə müqaviləsi bu ilin yayına qədərdir.