COP29

Ərəbistan klubu tanınmış hücumçunun “qələmini qırdı”

8 Fevral 22:00 Dünya futbolu 216
Ərəbistan klubu tanınmış hücumçunun “qələmini qırdı”

Səudiyyə Ərəbistanı klubları son illərdə geniş maliyyə imkanlarından istifadə edərək Avropadan aparıcı oyunçuları rahat şəkildə transfer edirlər.

Ancaq əks proses – ərəblərin əvvəllər transfer etdikləri ən yaxşı oyunçulardan imtina etməsi illər ərzində baş vermədi.

İndi isə “Əl-Əhli” sözün əsl mənasında hücumçu Roberto Firminonu komandadan qovur.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki,Qalenonun transferindən sonra Ciddə klubu Firminonu komandanın ölkə çempionatı oyunları üçün nəzərdə tutulan heyətindən kənarlaşdırıb.

Bu isə o deməkdir ki, 33 yaşlı braziliyalı forvard indi yalnız Asiya Çempionlar Liqasında oynamaq hüququna malikdir.

Braziliya klublarının Firminonu almaq üçün cəhdlər edəcəyi gözlənilir. Bu ölkədə transfer pəncərəsi açıqdır.

Digər Xəbərlər
Xəbər Lenti
8 Fevral 18:10 Çək və bizə göndər!