COP29

Şimali İrlandiya ilə qarşılaşacaq - Azərbaycan millisinin rəqibi

03:40 Dünya futbolu 82
Şimali İrlandiya ilə qarşılaşacaq - Azərbaycan millisinin rəqibi

2026-cı il dünya çempionatının seçmə mərhələsinin D qrupunda Azərbaycanın rəqibi olan İslandiya iyunda keçirəcəkləri yoldaşlıq oyunu üçün ikinci rəqibini müəyyən edib.

Sportinfo.az xəbər verir ki, bu barədə İslandiya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Onlar Şimali İrlandiyaya qarşı oynayacaqlar. Matç iyunun 10-da Belfastda baş tutacaq.

Sözügedən ölkələr tarixdə 6 dəfə qarşılaşsalar da, bunun tərəflər arasında ilk yoldaşlıq görüşünün olacağı qeyd olunur.

Daha öncə İslandiyanın iyunun 6-da Şotlandiya ilə qarşılaşacağı bəlli olub.

Azərbaycan - İslandiya matçları sentyabrın 5-də və noyabrın 13-də baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti
5 Fevral 04:00 Qazanan "Naxçıvan"dır
5 Fevral 03:00 Bunu da Tovuzda etdilər