Neymarın “Santos”a keçidi rəsmiləşib.
Sportinfo.az xəbər verir ki, klub futbolçu üçün təqdimetmə mərasimi keçirib.
Doğma klubuna qayıdan 32 yaşlı futbolçu duyğusal anlar yaşayaraq göz yaşlarını saxlaya bilməyib.
Neymar klubun heyətində 10 nömrəli formanı geyinəcək.
Forvard 2009-2013-cü illərdə “Santos”un şərəfini qoruyub. O, komandanın heyətində 225 oyunda 136 qol vurub, 64 ötürmə verib.