“Əl-Hilal”ın hücumcusu Neymarın gələcəyi müzakirə mövzusu olaraq qalır.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı hücumçunun qışda MLS-ə keçidi istisna deyil.
32 yaşlı oyunçunun bu liqadan konkret təklifi var. Bununla belə, Neymarın mövqeyi ondan ibarətdir ki, onun MLS-ə keçməsi hələ tezdir.
O, yalnız 2026-cı il dünya çempionatından sonra ABŞ-dakı variantları nəzərdən keçirməyə hazırlaşır.
Neymarın “Əl-Hilal”la hazırkı müqaviləsi cari mövsümün sonuna qədərdir. Əvvəllər mətbuat dəfələrlə braziliyalı hücumçunun adını “İnter Mayami” ilə əlaqələndirib.
O, bu klubda Lionel Messi ilə yenidən bir araya gələ bilər.