“Əl-Hilal”ın hücumçusu Neymarın adı “İnter Mayami” ilə yanaşı hallanır.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, MLS komandasının baş məşqçisi Xavyer Maskerano belə bir ssenarini istisna edib:
“Neymar haqqında danışa bilmərik, çünki o, bizdə deyil. Neymarın böyük futbolçu olduğu göz qabağındadır.
Dünyadakı hər bir məşqçi onu öz komandasında istəyir, ancaq bu yerdə maaş həddi ilə bağlı MLS qaydalarını bilirsiz. Buna görə də bu gün Neymar haqqında düşünmək belə, mümkün deyil”.
“İnter Mayami”nin bir vaxtlar “Barselona”da parlayan Lionel Messi-Luis Suares-Neymardan ibarət hücum üçlüyünü yenidən birləşdirə biləcəyi ilə bağlı şayiələr var.