Lionel Messi və Luis Suares “İnter Mayami”yə yeni futbolçu seçiblər.
Sportinfo.az “TodoFichajes”-ə istinadən xəbər verir ki, argentinalı və uruqvaylı oyunçular Neymarı komandalarının heyətində görmək istəyirlər.
Beləliklə, bir vaxtlar “Barselona”da parlaq çıxış edən Messi-Suares-Neymar üçlüyü MLS-də – “İnter Mayami”də yenidən bir araya gələ bilər.
32 yaşlı Neymarın “Əl-Hilal”la müqaviləsi cari mövsümün sonuna qədər qüvvədədir.
Daha əvvəl Səudiyyə Ərəbistanı klubunun braziliyalının transferinin səhv olduğunu etiraf etdiyi haqda xəbərlər yayılmışdı. O, zədələrə görə il yarım ərzində cəmi 7 oyunda iştirak edib.