Səudiyyə Ərəbistanı təmsilçisi “Əş-Şabab” Fatih Terimin rəhbərliyi altında ilk oyununa çıxıb.
Sportinfo.az xəbər verir ki, Terimin komandası Kral Kubokunun 1/4 finalında “Əl-Feyha”ya 2:1 hesabı ilə qalib gələrək yarımfinala adlayıb.
“Əş-Şabab” növbəti matçını Səudiyyə Ərəbistanı Pro Liqasının XIV turunda “Əl-Əhli”yə qarşı keçirəcək.
Terim son olaraq Yunanıstanda “Panatinaikos”un baş məşqçisi olub. O, yeni klubunda Vitor Pereyranı əvəzləyib.