“Əl-Hilal”ın braziliyalı ulduzu Neymar səhhətindəki problemlərə görə məşqini buraxıb.
Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, hücumçu qarın nahiyəsindəki ağrılara görə hazırlığa qatılmayıb.
O, bu mövsüm zədələr səbəbindən cəmi 2 oyunda meydana çıxıb.