Kriştiano Ronaldo artıq iki ildir ki, “Əl-Nəsr”də oynayır. Onun Səudiyyə Ərəbistanı klubu ilə hazırkı müqaviləsi 2024/25 mövsümünün sonuna kimidir.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, FİFA qaydaları futbolçulara başqa ölkələrin klubları ilə sərbəst danışıqlar aparmağa və hətta müqavilə müddətinin bitməsinə 6 ay qalmış ilkin sözləşmə imzalamağa imkan verir.
Yəni, Ronaldo yanvarın 1-dən Səudiyyə Ərəbistanından kənar klublarla əlaqə saxlamaq və hətta növbəti mövsüm üçün hansısa başqa klubla müqavilə bağlamaq hüququ qazanacaq.
Daha əvvəl 39 yaşlı portuqaliyalının “Əl-Nəsr”də xoşbəxt olduğu, ancaq başqa komandaya keçəcəyini istisna etmədiyi barədə məlumatlar yayılmışdı.