COP29

Pley-off mərhələsinin püşkü atıldı - Konfrans Liqasında

18:20 Dünya futbolu 303
Pley-off mərhələsinin püşkü atıldı - Konfrans Liqasında

Konfrans Liqasında pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.

Sportinfo.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində reallaşan tədbirdə pley-offa yüksələn 16 komanda rəqiblərini tanıyıb.

Pley-off mərhələsində ilk matçlar fevralın 13-də, cavab görüşləri isə 20-də baş tutacaq.

Konfrans Liqasının Liqa mərhələsini ilk "səkkizlik"də bitirən "Çelsi" (İngiltərə), “Vitoriya” (Portuqaliya), "Fiorentina" (İtaliya), “Rapid” (Avstriya), “Yurqorden” (İsveç), “Luqano” (İsveçrə), “Legiya” (Polşa) və “Serkl Brügge” (Belçika) birbaşa 1/8 finala yüksəliblər.

“Gent” (Belçika) - “Betis” (İspaniya)

“Sele” (Sloveniya) - APOEL (Kipr)

“Kopenhagen” (Danimarka) - “Haydenhaym” (Almaniya)

“Omoniya” (Kipr) - “Pafos” (Kipr)

TSK (Serbiya) - “Yagelloniya” (Polşa)

“Vikinqur” (İslandiya) - “Panatinaikos” (Yunanıstan)

“Molde” (Norveç) - “Şemrok Rovers” (İrlandiya)

“Borats” (Bosniya və Herseqovina) - “Olimpiya” (Sloveniya)

Digər Xəbərlər
Xəbər Lenti
19 Dekabr 23:00 Zirədə vaxt itkisi...