COP29

Klub prezidenti bütün futbolçuları və məşqçiləri komandadan QOVDU!

01:40 Dünya futbolu 105
Klub prezidenti bütün futbolçuları və məşqçiləri komandadan QOVDU!

Bosniya və Herseqovinanın "Sloboda Tuzla" klubunun prezidenti Azmir Husiç baş məşqçi Zlatan Naliç və bütün futbolçuları komandadan qovub.

Sportinfo.az xəbər verir ki, buna ölkə çempionatındakı zəif nəticələr səbəb olub.

Komanda Premyer Liqada keçirdiyi 17 matçın 15-də uduzub, 2-də heç-heçə edib.

A.Husiç ölkəsinin mətbuatına açıqlamasında bu addımı atmaqla həyatının ən çətin qərarlarından birini verdiyini deyib. O, kollektivi yenidən formalaşdıracaqlarını və liqada qalmaq üçün mübarizə aparacaqlarını bildirib.

1919-cu ildə əsası qoyulan "Sloboda Tuzla" hazırda turnir cədvəlində sonuncu pillədədir. /Unikal.az/

Digər Xəbərlər
Xəbər Lenti