“Real”ın baş məşqçisi Karlo Ançelotti “Mançester Siti”nin son matçlardakı uğursuz nəticələrindən danışıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, İngiltərə klubu ilə bağlı fikirlərini belə ifadə edib:
“Mançester Siti” ilə bağlı fikrim? Pep Qvardiolaya heç bir məsləhət vermirəm, yox.
Son nəticələrə görə onun haqqında fikrim dəyişmir, o, yenilikçidir. Biz çox şeyə nəzarət edə bilərik, amma matçların nəticələrinə yox”.
“Mançester Siti” bütün turnirlərdə son 10 oyunlarda cəmi bir qələbə qazanıb.
Qvardiolanın rəhbərliyi altında “şəhərlilər” 6 dəfə İngiltərə çempionu və Çempionlar Liqasının qalibi olub.
Klub Premyer Liqanın cari mövsümünün 15 turundan sonra 27 xal toplayıb və hazırda 4-cü yerdədir.