“Barselona”nın sabiq hücumçusu, hazırda “İnter Mayami”də çıxış edən Lionel Messi Kataloniya klubundakı sevimli xatirəsindən danışıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı futbolçu 2009-cu ili yada salıb:
“Barselona”nın sevimli xatirəsi? Altı kubok qazandığımız 2009-cu il. Sonra bütün komanda məşqdən və matçlardan həzz alırdı.
Hər oyunda meydana qalib gələcəyimizi bilə-bilə daxil olurduq. Yeganə sual hansı hesabla idi. Bu, həqiqətən də əla il oldu”.
Messinin klub karyerası İspaniyada başlayıb. “Barselona” onunla 10 İspaniya çempionluğu, 8 İspaniya superkuboku, 4 UEFA Çempionlar Liqası kuboku və 3 dəfə Klublararası dünya çempionatını qazanıb.