COP29

“Kopenhagen” Sumqayıtda “Dinamo”ya qalib gəldi

01:50 Dünya futbolu 108
“Kopenhagen” Sumqayıtda “Dinamo”ya qalib gəldi

Konfrans Liqasının Liqa mərhələsinin 5-ci turunun matçlarından biri Sumqayıtda keçirilib.

Sportinfo.az xəbər verir ki, Minsk "Dinamo"su "Kopenhagen"i Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda qəbul edib.

Görüşdə "Kopenhagen" 2:1 hesablı qələbə qazanıb.

UEFA Ukraynadakı müharibə ilə əlaqədar Belarus klublarına ev oyunlarını doğma meydanda keçirmək qadağası qoyub. Bu səbəbdən onlar avrokubok matçlarında rəqiblərini neytral meydanda qəbul edirlər.

"Dinamo" daha əvvəl 1-ci turda Şotlandiya təmsilçisi "Harts"la oyununu da Mehdi Heseynzadə adına Sumqayıt şəhər stadionunda keçirib.

Hazırda Liqa mərhələsinin turnir cədvəlində "Kopenhagen" 5 xalla 19-cu, xalsız olan "Dinamo" isə 35-cidir.

“Dinamo” (Minsk, Belarus) - “Kopenhagen” (Danimarka) 1:2

Qollar: Adeola, 13 - Elyunnisi, 6, Diks, 55-pen.

Baş hakim: Mixal Osenas (Slovakiya)

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Digər Xəbərlər
Xəbər Lenti
28 Noyabr 21:40 Zinədin Zidan PSJ yolunda
28 Noyabr 20:40 “Neftçi” 2025-ə...
28 Noyabr 07:10 Şəhid atası vəfat etdi