COP29

Dünya futbolunun 2024-cü il üçün “Qızıl oğlan”I seçildi - “Barselona”nın gənc ulduzu

01:20 Dünya futbolu 66
Dünya futbolunun 2024-cü il üçün “Qızıl oğlan”I seçildi  - “Barselona”nın gənc ulduzu

İspaniya millisinin və “Barselona”nın yarımmüdafiəçisi Lamin Yamal “Golden Boy” mükafatını qazanıb.

Sportinfo.az xəbər verir ki, bu barədə mükafatın mətbuat xidməti məlumat yayıb.

Türkiyə millisinin və “Yuventus”un futbolçusu Kenan Yıldız isə “Golden Boy Web” mükafatına laiq görülüb.

L.Yamal İspaniya yığmasının heyətində AVRO-2024-ün qalibi olub. Kenan isə 19 yaş 136 gündə “Yuventus”un tarixində UEFA Çempionlar Liqasında qol vuran ən gənc oyunçu olub.

“Golden Boy” mükafatı 2003-cü ildən təqdim edilir. Bu mükafat Avropada ilin 21 yaşadək ən yaxşı futbolçusuna təqdim olunur.

Müxtəlif vaxtlarda Lionel Messi, Kilian Mbappe, Erlinq Haaland, Pol Poqba və başqaları bu mükafata sahib olub.

2023-cü ildə mükafatın qalibi “Real Madrid” və İngiltərə millisinin yarımmüdafiəçisi Cud Bellinqhem olub.

Digər Xəbərlər
Xəbər Lenti
28 Noyabr 21:40 Zinədin Zidan PSJ yolunda
28 Noyabr 20:40 “Neftçi” 2025-ə...
28 Noyabr 07:10 Şəhid atası vəfat etdi