“İnter Mayami”nin yeni baş məşqçisi rəsmən bəlli olub.
Sportinfo.az xəbər verir ki, bu barədə Mayami klubunun mətbuat xidməti məlumat yayıb.
Komandanı Argentina U-20 millisinin sabiq baş məşqçisi Xavyer Maskerano çalışdıracaq. Onunla 3 illik müqavilə imzalanıb.
Xavyer Maskerano “İnter Mayami”nin kapitanı Lionel Messi ilə Argentina millisində və “Barselona”da komanda yoldaşı olublar.