“Mən uzun fasilədən sonra bunu qazanmaq arzusunda idim”

14 Aprel 03:50 Dünya futbolu 336
“Mən uzun fasilədən sonra bunu qazanmaq arzusunda idim”

"Avropa çempionatında üçüncü yeri tutsam da, bu uğurumu Azərbaycan hərbçilərinə həsr edirəm".

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycanın yunan-Roma güləşçisi İslam Abbasov (87 kq) Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında bürünc medal əldə etməsinə münasibət bildirərkən deyib.

O, uzun fasilədən sonra nəticə qazanmaq arzusunda olduğunu bildirib:

“Medal uğrunda görüş ağır keçdi. Əvvəlki ağır görüşlərdən sonra bədənim tam bərpa olmamışdı.

Çempionluğu qazanmasam da, üçüncü yeri tutdum. Uzun fasilədən sonra nəticə qazanmaq arzusunda idim.

Üçüncü yeri tutsam da, bu uğurumu Azərbaycan hərbçilərinə həsr edirəm”.

Digər Xəbərlər
Xəbər Lenti
14 Aprel 17:20 Oralarda bir Emil var...