Braziliya millisinin baş məşqçisi Dorival Junior Neymarın yığmaya mümkün qayıdışı ilə bağlı sualı cavablandırıb.
Sportinfo.az “Goal”-a istinadən xəbər verir ki, braziliyalı çalışdırıcı, Neymara heyranlığını heç vaxt gizlətmədiyini bildirib:
“Mən Neymara heyranlığımı heç vaxt gizlətməmişəm. Onun nə qədər istedadlı olduğunu hamımız bilirik.
İstərdim ki, komandaya kömək edə biləcəyi bir vaxtda milliyə qayıtsın. Ümid edirəm ki, mart ayında və ya gələn il yenidən bu baş verəcək.
İstədiyimiz tək şey onun tam formada olmasıdır ki, özünü yaxşı tərəfdən göstərə bilsin. Şübhə etmirəm ki, Neymarla komandanın çıxışı daha da yaxşı olacaq.
Keçən dəfə ona zəng etməməkdə haqlı idik, xüsusən də, sonradan zədəsi ilə bağlı baş verənlərə görə. Biz onun vəziyyətini izlədiyimiz üçün çox diqqətliyik.
Düzgün yanaşma tutduq. Əvvəlcə onun klubdakı durumunu bərpa etməsini istəyirik.
Sonra milliyə qayıdacaq, çünki bu ona lazımdır. Onun komanda ilə birlikdə böyüməyə davam edəcəyinə şübhəm yoxdur”.
“Əl-Hilal”ın 32 yaşlı forvardı noyabrın 4-də, Asiya Çempionlar Liqasında “İstiqlal”la oyunda (3:0) ombasını zədələyib.
O, çarpaz diz bağı zədəsini sağaltdıqdan sonra cəmi iki oyun keçirə bilib.