Argentina millisinin və “Aston Villa”nın qapıçısı Emiliano Martines Lionel Messinin 2023-cü ildə “qızıl top” mükafatını qazandığı elan edilən zaman ona fit çalınmasına münasibət bildirib.
Sportinfo.az “France Football”-a istinadən xəbər verir ki, argentinalı futbolçu, bunun normal olduğunu söyləyib:
“Atam keçənilki “qızıl top” mərasimində Messiyə qarşı nalayiq hərəkətdən bir az şoka düşdü.
Həmin axşam zalda bir neçə azarkeş var idi. Bununla belə, bu, normaldır. Kilian Mbappe Argentinada oxşar mükafat alsa, heç kim onu təbrik etməyəcək”.
“Qızıl top” mükafatlarının təqdimetmə mərasimi Parisdə keçirilir. Argentina millisi DÇ-2022-nin finalında Fransanı yığmasını məğlub etmişdi.