Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun braziliyalı hücumçusu Neymar yenidən zədələnib.
Sportinfo.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
Belə ki, bazar ertəsi “Əl-Hilal” Asiya Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində öz meydanında İrandan “İstiqlal”a qalib gəlib (4:0).
Neymar 57-ci dəqiqədə meydana daxil olsa da, yarım saat sonra əvəzlənib.
Nəşrin məlumatına görə, braziliyalı sağ ayağındakı diskomfort səbəbindən əvəzlənməli olub.
Oktyabrın 21-də Neymar Asiya Çempionlar Liqasının əsas mərhələsinin üçüncü turunun BƏƏ-nin “Əl-Ayn” klubu ilə səfər oyununda (5:4) meydana çıxıb və bir ildən sonra ilk dəfə rəsmi oyunda iştirak edib.
Neymar 2023-cü ilin oktyabrında Braziliya millisinin 2026-cı il dünya çempionatının seçmə mərhələsinin Uruqvayla görüşündə zədələnmişdi.