COP29

Milli 33:0 qazandı, 16 yaşlı futbolçu 14 qol vurdu, adını dünya tarixinə yazdı

31 Oktyabr 12:00 Dünya futbolu 13 656
Milli 33:0 qazandı, 16 yaşlı futbolçu 14 qol vurdu, adını dünya tarixinə yazdı

Tacikistanın 17 yaşadək futbolçulardan ibarət yığmasının yarımmüdafiəçisi Məhəmməd Nəzriyev bir oyunda vurulan qolların sayına görə yeni rekorda imza atıb.

Sportinfo.az xəbər verir ki, 16 yaşlı futbolçu bunu 2025-ci ildə keçiriləcək Asiya Kubokunun seçmə mərhələsində evdə Quam yığmasını 33:0 hesabı ilə məğlub etdikləri oyunda reallaşdırıb.

Qollardan 14-nə müəlliflik edən M.Nəzriyev FIFA-ya daxil olan federasiyaları təmsil edən millilər arasında bir matç ərzində vurulan qolların sayına görə rekord müəyyənləşdirib.

Əvvəlki rekord avstraliyalı futbolçu Arçi Tompsona məxsus idi. O, 2001-ci ildə Amerika Samoasına qarşı oyunda (33:0) 13 qol vurmuşdu.

J qrupunda Quam, Oman və Sinqapur yığmaları ilə mübarizə aparan Tacikistan 9 xalla liderdir.

Digər Xəbərlər
Xəbər Lenti
26 Dekabr 18:10 Çək və bizə göndər!
26 Dekabr 04:10 Xəzərdə zəlzələ oldu