“Real”ın və “Bayern”in sabiq yarımmüdafiəçisi Toni Kroos “qızıl top” üçün səsvermədəki yerini şərh edib.
Sportinfo.az xəbər verir ki, 9-cu yeri tutan almaniyalı keçmiş futbolçu sosial şəbəkə hesabındakı paylaşımında “Çox sağ olun” şərhini yazıb.
Kroos bu yay karyerasını başa vurduğunu açıqlamışdı.
“Qızıl top”u “Mançester Siti”nin və İspaniya millisinin yarımmüdafiəçisi Rodri Hernandes qazanıb.
İkinci yeri “Real”ın braziliyalı hücumçusu Vinisius Junior tutub. İlk üçlüyü “kral klubu”nun digər oyunçusu Çud Bellingem tamamlayıb.