COP29

“Rolex” vədləri sözdə qaldı... VIDEO+FOTOLAR

03:20 Dünya futbolu 66
“Rolex” vədləri sözdə qaldı... VIDEO+FOTOLAR

Xəbər verdiyimiz kimi, “France Football” nəşrinin ilin ən yaxşı futbolçusu üçün təsis etdiyi “Qızıl top” mükafatı “Mançester Siti”də oynayan Rodriyə verilib.

Bu qərar futbol ictimaiyyətində böyük təəccübə səbəb olub.

Belə ki, bir müddət öncə “Qızıl top”un “Real”ın futbolçusu Vinisus Juniora verilməsi ilə bağlı iddialar yayılmışdı.

Bu iddiaların güclənməsinin səbəbi isə təbii olaraq Vinisius Juniorun 2023-24 mövsümünü uğurlu keçirməsidir. O, həm daxili çempionatda, həm də Çempionlar Liqasında adından söz etdirə bilmişdi.

Bununla da 24 yaşlı braziliyalı ulduz adını dünyanın ən yaxşı futbolçuları sırasına yazdırıb. Çıxış etdiyi Madrid “Real”ının ötən il Çempionlar Liqası qalibi olması da braziliyalı vingerin ən yaxşı seçiləcəyi ilə bağlı iddiaları gücləndirmişdi.

Vinisius, hətta “Qızıl top”u qazanmağa o qədər inanırmış ki, Madriddə ailəsi və dostları ilə parti təşkil edib. O, “Qızıl top”a layiq görüldüyü təqdirdə komanda yoldaşlarına “Rolex” saatı alacağını belə vəd etmişdi.

Qeyd edək ki, braziliyalı futbolçu “Qızıl Top”un nəticələrinə görə 2024-cü ilin ikinci ən yaxşı futbolçusu seçildi. Məhz buna görə “Real Madrid”dən heç kim mərasimdə iştirak etmədi.

Tərəfdarlar sosial mediada Rodriyə verilən mükafatı tənqid edərək, bunu Vinisiusun almalı olduğunu bildiriblər. Onun mükafatı əldə edə bilməməsi “Real” düşərgəsində məyusluq yaradıb.

“Real”ın prezidenti Florentino Peres, baş məşqçi məşqçi Karlo Ançelotti, Cud Bellinqem kimi adlar dəvət aldığı halda Parisdə keçirilən mərasimə yollanmayıb. Onların addımını azarkeşlərin əksəriyyəti də dəstəkləyib.

Bir çox futbol azarkeşləri və idman səlahiyyətliləri Vinisius Juniorun fərdi istedad baxımından fərqləndiyini, Rodrinin isə daha çox komanda uğuruna əsaslanan mükafatı aldığını iddia edir. Bu vəziyyət mükafatın fərdi və ya komanda performansına görə verilməsi ilə bağlı mübahisələri yenidən gündəmə gətirib.

Bu mübahisələr zəmnində Rodrinin mükafata layiq olduğunu deyənlər də az deyil.

Rodri 2023-24 mövsümündə “Mançester Siti” forması ilə Çempionlar Liqası, Premyer Liqa və İngiltərə Kubokunu qazanaraq tarixi uğura imza atıb. Xüsusilə Çempionlar Liqasının finalında vurduğu qolla komandasına kubok qazandırması onu mükafata ən güclü namizədlərdən birinə çevirib.

Vinisius Juniorun mükafatı almamasına səbəb kimi isə Rodrinin “Mançester Siti” ilə qazandığı kuboklardan çox, onun həm də yüksək insani keyfiyyətlərə malik olması göstərilir. Bildirilir ki, braziliyalı oyunçu tez-tez feyr-pley qaydalarına əməl etmir, meydanda nümunəvi davranışıları ilə heç zaman diqqət çəkmir. Məhz bu da səsvermədə əsas rol oynayıb.

Mərasimdən sonra isə Vinisius açıqlaması ilə də müzakirə mövzsu oldu: “Lazım gələrsə, bunu daha 10 dəfə edərəm. Onlar hazır deyillər”.

Vinisusu “Qızıl top”dan məhrum etdiyi iddia edilən görüntüləri isə aşağıdakı videoda izləyə bilərsiniz:

Bir gün içində yaşanan dramın sonunda “Qızıl top” Rodridə qaldı, Vinisiusun “Rolex” vədləri isə sözdə (qafqazinfo)…

Fidan Etibar

Digər Xəbərlər
Xəbər Lenti