COP29

"Mən başa düşə bilmirəm ki, bu, dünyanın ən yaxşı futbolçusuna verilir, yoxsa..."

28 Oktyabr 00:00 Dünya futbolu 278
"Mən başa düşə bilmirəm ki, bu, dünyanın ən yaxşı futbolçusuna verilir, yoxsa..."

“İnter Mayami”nin baş məşqçisi Xerardo Martino bu il “qızıl top”u almağa hansı futbolçuların layiq olduğunu açıqlayıb.

Sportinfo.az ESPN-ə istinadən xəbər verir ki, argentinalı çalışdırıcı bu mükafatın nəyə görə verildiyini hələ də başa düşmür:

“Bu mükafat heç vaxt diqqətimi çəkməyib. Mən başa düşə bilmirəm ki, bu, dünyanın ən yaxşı futbolçusuna verilir, yoxsa konkret mövsümdəki çıxışına görə?

Vinisius Junior (“Real”) son mövsümün ən yaxşısı idi. Ancaq indi kimin ən yaxşı olduğunu seçsəz, o, Lionel Messidir”.

“İnter Mayami”də forma geyinən Messi bu il bütün turnirlərdə 22 matçda iştirak edib, 22 qol vurub, 12 məhsuldar ötürmə verib.

“Qızıl top”un təqdimetmə mərasimi oktyabrın 28-də, Parisdə keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
26 Dekabr 18:10 Çək və bizə göndər!
26 Dekabr 04:10 Xəzərdə zəlzələ oldu