COP29

Az oynadı, 2 qol vurdu, eyni hərəkəti iki dəfə etdi, qovuldu, qəhrəman oldu - VİDEO

15:20 Dünya futbolu 142
Az oynadı, 2 qol vurdu, eyni hərəkəti iki dəfə etdi, qovuldu, qəhrəman oldu - VİDEO

Polşa Liqasında keçirilən “Rakuv”- “Poqon” matçında maraqlı anlar yaşanıb.

Sportinfo.az xəbər verir ki, meydan sahiblərinin futbolçusu Matey Rodin 83-cü dəqiqədə oyuna daxil olduqdan sonra fərqlənməyi bacarıb.

Belə ki, 90+10-da oyunun ilk qolunu vuran futbolçu sevincini qeyd etmək üçün formasını çıxarıb. Hakim isə bu hərəkətinə görə futbolçuya sarı vərəqə göstərib.

Amma referi VAR-a baxıb və qolu ləğv edib, sarı vərəqə isə qüvvədə qalıb.

90+13-də ikinci qolu vuran Rodin yenidən formasını çıxarıb.

Qol sayılsa da, o, ikinci sarı vərəqəni görərək meydandan qovulub. Bütün bunlara baxmayaraq, futbolçunun 20 dəqiqəlik çıxışı komandasına 1:0 hesablı qalibiyyət gətirib.

Sözügedən oyunun icmalını təqdim edirik:

Digər Xəbərlər
Xəbər Lenti