COP29

“O, dünyanın ən güclü beş futbolçusundan biridir”

00:20 Dünya futbolu 136
“O, dünyanın ən güclü beş futbolçusundan biridir”

“İnter”in baş məşqçisi Simone İnzaqi komandanın hücumçusu Lautaro Martinesin “qızıl top”u qazanmağa layiq olduğunu deyib.

Sportinfo.az “Sky Sport”-a istinadən xəbər verir ki, o, argentinalı futbolçunun buna layiq olduğunu bildirib:

“Qazanmaq üçün o, “İnter” və milli komandası ilə etdiklərini etməyə davam etməlidir.

İnanıram ki, dünyanın ən güclü beş futbolçusundan biridir. O, “qızıl top”a layiqdir”.

Martines 2024-cü ildə “İnter”lə İtaliya çempionatında qızıl medallar qazanıb və A Seriyasında mövsümün bombardiri olub. 27 yaşlı futbolçu eyni zamanda Argentina millisi ilə də Amerika kubokunu qazanıb.

“Qızıl top”un mükafatlandırılması mərasimi oktyabrın 28-də Parisdə keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti