COP29

Bu ölkənin millisinin baş məşqçisi olacaq? - İŞSİZ XAVİ

21 Oktyabr 12:00 Dünya futbolu 359
Bu ölkənin millisinin baş məşqçisi olacaq? - İŞSİZ XAVİ

“Barselona”dan ayrıldıqdan sonra işsiz qalan ispaniyalı məşqçi Xavi Hernandes Qətər millisində işləyə bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Qətər yığmasının nümayəndələri Xavinin agenti ilə danışıqlara başlayıblar.

Tərəflərin mümkün əməkdaşlığı müzakirə etmək üçün yaxın vaxtlarda görüş keçirəcəyi gözlənilir.

Xavi “Barselona”da işləməzdən əvvəl Qətərin “Əl-Sədd” komandasını çalışdırıb. İspaniyalı mütəxəssis iki ilə yaxın bu komandaya rəhbərlik edib.

Xavi 2023/24 mövsümünün sonunda Kataloniya klubunun baş məşqçisi postunu tərk edib.

Digər Xəbərlər
Xəbər Lenti