COP29

Messi “İnter”də 33 qol vurdu, MLS tarixinə düşdü

21 Oktyabr 00:00 Dünya futbolu 142
Messi “İnter”də 33 qol vurdu, MLS tarixinə düşdü

Argentinalı hücumçu Lionel Messi “İnter Mayami”nin tarixinin bombardiri olub.

Sportinfo.az xəbər verir ki, ötən gecə klub MLS-in adi mövsümündə “New England Revolution”a 6:2 hesabı ilə qalib gəlib.

Messi bu matçda het-trik edib. Beləliklə, futbolçu Amerika klubunun heyətində 33 qol vurub. Buna nail olmaq üçün o, cəmi 35 oyun keçirməli idi.

Bu göstəriciyə görə Messi 97 oyunda 31 qol vuran Leonardo Kampananı ötüb.

Digər Xəbərlər
Xəbər Lenti