COP29

“Sevgili kimi idik, ayrılırdıq, daha sonra barışırdıq”

15:20 Dünya futbolu 106
“Sevgili kimi idik, ayrılırdıq, daha sonra barışırdıq”

Dopinq səbəbi ilə 4 illik diskvalifikasiya cəzası alan məşhur fransalı Pol Poqba cəzasının 18 aya endirilməsindən sonra müsahibə verib.

Sportinfo.az xəbər verir ki, yarımmüdafiəçi qadağan olunmuş preparatlardan necə istifadə etdiyinə belə aydınlıq gətirib:

“Bu preparatları almaq səhv deyildi, peşəkar biri tərəfindən yazılmışdı. Mənim səhvim isə onu yoxlamaq idi.

Bunun məsuliyyətini dərk edirəm. Amma digər tərəfdən həkimə gedəndə gündə iki dəfə istifadə etməli olduğunuzu desə, nə edərsiniz?

Cəza aldım və çox düşünürdüm. Nə edəcəm? Əgər 4 ildirsə, beynimdə hesablamağa başladım.

Bu qədər müddət məşqdən uzaq qalandan sonra hansı klub məni istəyərdi? Formada ola biləcəm, ya yox?

Bu cavabsız suallar idi. Geriyə dönüb baxanda sadəcə dopinq düşüdüyümü düşünmürəm.

Həyatım necə keçdi? 10 il təcrübə əldə etdim. Daha çox şey qazandım.

Bu, mənim verəcəyim qərarları daha çox düşünməyimə kömək etdi”.

Poqba hədəflərinin olduğunu da sözlərinə əlavə edib:

“Hələ də hədəflərim və xəyallarım var. Uğur qazanmaq istəyirəm, futbola sevgi bəsləyirəm, hər şeyimi verməyə hazıram.

İndi “Yuventsu”dayam və həqiqətdə nələrin olduğunu bilmirik. Bütün tərəflər söhbət edir, müzakirə aparır. Bundan sonra nə olacağı daha maraqlıdır. Amma indi özümü hazır vəziyyətə gətirməyə köklənmişəm.

Məşqlər edirəm, yanvarda bir komandaya getmək üçün əlimdən gələni edəcəm. Əminəm ki, yenidən zirvəyə çıxacam.

Özümü peşəkar olmaq istəyən, amma peşəkar müqavilə imzalamayan bir uşaq kimi hiss edirəm. İçimdəki qəzəbdir bu.

Mən artıq hərəkətə keçmişəm. Daha öncə olduğum səviyyəyə və ya daha yaxşısına çatmaq üçün çalışacam”.

Fransa millisinin sabiq üzvü keçmiş baş məşqçisi hazırda “Fənərbaxça”da işləyən Joze Mourinyodan danışıb:

“Mourinyo ilə sevgili kimi idik. Ayrılırdıq, daha sonra barışırdıq. Onu görəndə qucaqlayacam”.

Digər Xəbərlər
Xəbər Lenti