COP29

Lionel Messi “Qızıl ayağ”a namizədlər siyahısında yer aldı - FOTOLAR

17 Oktyabr 10:00 Dünya futbolu 215
Lionel Messi “Qızıl ayağ”a namizədlər siyahısında yer aldı - FOTOLAR

“İnter Mayami”nin və Argentina millisinin hücumçusu Lionel Messi “Qızıl ayaq” mükafatına namizədlər siyahısında yer alıb.

Sportinfo.az xəbər verir ki, argentinalı forvard 2024-cü ildə bu mükafat uğrunda Harri Keyn (“Bavariya”), Kevin De Bruyne (“Mançester Siti”), Neymar (“Əl-Hilal”), Vircil van Dayk (“Liverpul”), Tomas Müller (“Bavariya”), Kərim Benzema (“Əl-İttihad”), Lautaro Martinez (“İnter”), Antuan Qrizmann (“Atletiko”), Marko Verratti (“Əl-Ərəbi”) ilə mübarizə aparacaq.

37 yaşlı Messi aktivindəki 45 kubokla futbol tarixinin ən titullu oyunçusu olmasına baxmayaraq, hələki bu mükafatı qazana bilməyib.

“Qızıl ayaq” 2003-cü ildən 28 yaşdan yuxarı yaş kateqoriyasında ən yaxşı oyunçulara verilən mükafatdır. Hər bir futbolçu bu mükafatı karyerasında yalnız bir dəfə qazana bilər.

Ulduz futbolçu Kriştiano Ronaldonun kolleksiyasında artıq bu mükafat var. O, bunu 2020-ci ildə “Yuventus”da qazanıb.

Bu mükafata sahib olanlar arasında Luka Modriç, Ronaldo Nazario, Ronaldinho, Andres İnyesta, Totti və Robert Levandovski də var.


Digər Xəbərlər
Xəbər Lenti