COP29

“Ayaks” vingerini "Qarabağ"la matçadək satacaq? - "Trabzonspor" müştəri çıxdı

01:40 Dünya futbolu 71
“Ayaks” vingerini "Qarabağ"la matçadək satacaq? -

Avropa Liqasında "Qarabağ"ın rəqiblərindən olan "Ayaks"ın futbolçusu Steven Berqyoys qışda komandadan ayrıla bilər.

Sportinfo.az xəbər verir ki, niderlandlı vingerin karyerasını Türkiyədə davam etdirmək ehtimalı var.

Bu barədə "Sabah" nəşri məlumat yayıb.

Super Liqa təmsilçisi yanvar ayında 32 yaşlı ön xətt oyunçusu üçün "Ayaks"a təklif göndərəcək. Amsterdam təmsilçisi müqaviləsi gələn ilin yayında başa çatan təcrübəli futbolçu üçün yüksək təzminat tələb etməyəcək.

"Ayaks" Steven Berqyoysu 2021-ci ilin yayında "Feyenoord"dan transfer edib. Niderland millisinin üzvü bu mövsüm "ağ-qırmızılar"ın heyətində meydana çıxdığı 7 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

"Qarabağ" "Ayaks"la oktyabrın 24-də Bakıda qarşılaşacaq. 4-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 20:45-də başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
16 Oktyabr 17:40 Ölmə, eşşəyim, ölmə!
16 Oktyabr 03:00 II Liqa: Bunlar AÇIQLANDI