COP29

İspaniya darmadağın etdi, Portuqaliya ilk dəfə xal itirdi - Millətlər Liqasında NƏTİCƏLƏR

01:20 Dünya futbolu 1 254
İspaniya darmadağın etdi, Portuqaliya ilk dəfə xal itirdi - Millətlər Liqasında NƏTİCƏLƏR

UEFA Millətlər Liqasının qrup mərhələsində 4-cü tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, bu gün 8 oyun baş tutub.

A Liqasında Şotlandiya və Portuqaliya yığmalarının oyunu qolsuz bitib. Bolqollu Polşa – Xorvatiya matçında da qalib müəyyənləşməyib.

İspaniya yığması isə evdə Serbiya seçməsini darmadağınla yenib.

A Liqası, 1-ci qrup

Şotlandiya – Portuqaliya 0:0

Polşa – Xorvatiya 3:3
Qollar: Zelinski, 5. Zalevski, 45. Şimanski, 68 – Sosa, 19. Suçiç, 24. Baturina, 26.

Xallar: Portuqaliya – 10. Xorvatiya – 7. Polşa – 4. Şotlandiya – 1.

A Liqası, 4-cü qrup

İsveçrə – Danimarka 2:2
Qollar: Freuler, 26. Amduni, 45+1 – İsaksen, 27. Eriksen, 69.

İspaniya – Serbiya 3:0
Qollar
: Laporte, 5.

Xallar: İspaniya – 10. Danimarka – 7. Serbiya – 4. İsveçrə – 1.

C Liqası, 2-ci qrup

Litva – Rumıniya 1:2
Qollar: Kuçis, 7-pen – Marin, 18-pen. Draquş, 65.

Kosovo – Kipr 3:0
Qollar
: Rrahmani, 30. Krasniqi, 52. Sahiti, 71.

Xallar: Rumıniya – 12. Kosovo – 9. Kipr – 3. Litva – 0.

C Liqası, 3-cü qrup

Belarus – Lüksemburq 1:1
Qollar: Politeviç, 54 – Q.Rodriqes, 78-pen.

Şimali İrlandiya – Bolqarıstan 5:0
Qollar
: Prays, 15; 29; 81. Mitov, 32-öz qapısına. Macennis, 89.

Xallar: Şimali İrlandiya – 7. Belarus – 6. Bolqarıstan – 5. Lüksemburq – 2.

Digər Xəbərlər
Xəbər Lenti