“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola “İnter Mayami”nin hücumçusu Lionel Messini tarixin ən yaxşı futbolçusu hesab edir.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis, bununla Dieqo Maradona və Peleyə qarşı hörmətsizlik etdiyini də əlavə edib:
“Messi 15 il ərzində hər üç gündən bir ardıcıllıq nümayiş etdirdi. Onu hər gün görmək lazımdır. O, bənzərsizdir”.
Qvardiola Messini 2008-2012-ci illərdə “Barselona”da çalışdırıb. Onlar birlikdə üç dəfə İspaniya çempionu olub, ölkə kubokunu və iki dəfə Çempionlar Liqasını qazanıblar.
Messi bu mövsüm “İnter Mayami”nin heyətində 18 oyun keçirib, 17 qol vurub və 10 məhsuldar ötürmə edib. 37 yaşlı hücumçu 8 dəfə “qızıl top”a sahib olub.
O, Argentinada 16 dəfə ilin ən yaxşı futbolçusu, 4 dəfə isə ölkədə ilin ən yaxşı idmançısı kimi tanınıb.