COP29

Bu gün daha 10 oyun keçiriləcək - Millətlər Liqası

14 Oktyabr 15:20 Dünya futbolu 1 688
Bu gün daha 10 oyun keçiriləcək - Millətlər Liqası

UEFA Millətlər Liqasının IV turunda bu gün daha 10 oyun baş tutacaq.

Sportinfo.az xəbər verir ki, turun ikinci oyun günündə Azərbaycanla yanaşı, Türkiyə yığması da meydana çıxacaq.

B Liqasının 4-cü qrupunda yer alan qardaş ölkə təmsilçisi səfərdə İslandiyanın qonağı olacaq.

Maraqlı oyunlardan biri də Almaniyada keçiriləcək. A Liqasının 3-cü qrupunda yer alan Almaniya millisi doğma azarkeşlər önündə Niderlandla qarşılaşacaq.

Millimizin digər rəqiblərindən İsveç səfərdə Estoniya yığması ilə üz-üzə gələcək.

A Liqası

II qrup

22:45. İtaliya - İsrail

22:45. Belçika - Fransa

Xal durumu: İtaliya - 7, Fransa - 6, Belçika - 4, İsrail - 0.

III qrup

22:45. Almaniya - Niderland

22:45. Bosniya və Herseqovina

Xal durumu: Almaniya - 7, Niderland - 5, Macarıstan - 2, Bosniya Herseqovina - 1.

B Liqası

I qrup

20:00. Gürcüstan - Albaniya

22:45. Ukrayna - Çexiya

Xal durumu: Gürcüstan - 6, Çexiya - 6, Albaniya - 3, Ukrayna - 3.

IV qrup

22:45. Uels - Monteneqro

22:45. İslandiya - Türkiyə

Xal durumu: Türkiyə - 7, Uels - 5, İslandiya - 4, Monteneqro - 0.

C Liqası

I qrup

20:00. Azərbaycan - Slovakiya

22:45. Estoniya - İsveç

Xal durumu: İsveç - 7, Slovakiya - 7, Estoniya - 3, Azərbaycan - 0.

Digər Xəbərlər
Xəbər Lenti