COP29

"O, keçən mövsüm etdiyi hər şeyə görə mükafata layiqdir"

14 Oktyabr 18:20 Dünya futbolu 929
"O, keçən mövsüm etdiyi hər şeyə görə mükafata layiqdir"

“Mançester Siti”nin və Braziliya millisinin qapıçısı Ederson ilin ən yaxşı futbolçusu adına favoritlərini açıqlayıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, iki futbolçunun adını çəkib:

“Ümid edirəm ki, Vinisius Junior “qızıl top”u qazanacaq. O, keçən mövsüm etdiyi hər şeyə görə mükafata layiqdir.

Digər tərəfdən, Rodri mükafatı qazansa, mən də eyni dərəcədə xoşbəxt olacam”.

“Real”ın hücumçusu Vinisius Junior 2024-cü ildə Çempionlar Liqası, İspaniya çempionatı, UEFA və İspaniya superkubokunun qalibi olub.

“Mançester Siti”nin yarımmüdafiəçisi Rodri AÇ-2024 və İngiltərə çempionatında qalib gəlib.

Oyunçu “Arsenal”la matçda çarpaz diz bağlarından zədə alıb və mövsümün qalan hissəsində yaşıl meydanlardan kənarda qalacaq.

Digər Xəbərlər
Xəbər Lenti