COP29

Şikayətləndi və millini tənqid etdi: “Bəlkə məşqdə bunu edə bilərəm”

14 Oktyabr 00:00 Dünya futbolu 1 001
Şikayətləndi və millini tənqid etdi: “Bəlkə məşqdə bunu edə bilərəm”

Polşa millisinin hücumçusu Robert Levandovski UEFA Millətlər Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində Portuqaliyaya uduzduqları oyundan (1:3) sonra komandanın çıxışını tənqid edib.

Sportinfo.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, “Barselona”nın forvardı əsas işinin hücumçu kimi qol vurmaq olduğunu deyib:

“Mən yarımmüdafiəçi deyiləm və mənim işim müdafiə xəttinə çəkilərək topu qəbul etmək deyil. Bəlkə, məşqdə bunu edə bilərəm.

Oyun zamanı cərimə meydançasına daha yaxın olmalıyam ki, orada ötürmələri gözləyəm. Bu, təkcə Portuqaliya millisi ilə oyunda deyil, təkmilləşdirməli və ya dəyişdirməli olduğumuz bir şeydir.

Ümumiyyətlə, bizdə top tez-tez rəqibin cərimə meydançasına yaxın ərazidə olmur. Hücumçunun rolu rəqibin cərimə meydançası yaxınlığında nəsə yaratmağa çalışmaqdır”.

Digər Xəbərlər
Xəbər Lenti