COP29

"Süni örtüklü meydançada oynamamağı xahiş etsə, razılaşaram”

13 Oktyabr 00:00 Dünya futbolu 1 130
"Süni örtüklü meydançada oynamamağı xahiş etsə, razılaşaram”

“Liverpul”un hücumçusu Məhəmməd Salah dünən Misir yığmasının heyətində Mavritaniya ilə ev oyununda (2:0) qol vurub.

Oktyabrın 15-də bu komandalar yenidən qarşılaşacaq.

Bu dəfə Mavritaniya yığmasının meydanında. Salah bu oyunu buraxıb, vaxtından əvvəl kluba qayıda bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Misir millisinin baş məşqçisi Hossam Hassan danışıb:

“Salah süni örtüklü meydançada oynamamağı xahiş etsə, razılaşaram. Mavritaniya komandası güclü oynayır və onların meydanı yaxşı deyil.

Çətinlikləri nəzərə alsaq, orada qalib gəlməsək, çox da narahat olmayacam. Mənim üçün uduzmamaq vacibdir”.

Məsələ burasındadır ki, Mavritaniya millisi rəqiblərini zədə riskinin artdığı süni meydançada qəbul edir.

Digər Xəbərlər
Xəbər Lenti