Argentina yığmasının kapitanı Lionel Messi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində dünən keçirilən Venesuela millisi ilə matçda (1:1) meydanın durumu haqda danışıb.
Sportinfo.az “Reuters”-ə istinadən xəbər verir ki, argentinalı futbolçu bunun iyrənc matç olduğunu bildirib:
“Bu, iyrənc oyun idi. Ardıcıl iki ötürmə belə edə bilmədik.
Meydanda su olduğundan, top dayanırdı. Belə şəraitdə oynamaq çətindir”.
Oyun yarım saatlıq gecikmə ilə başlayıb: “Monumental de Maturin” stadionunun ot örtüyü yararsız vəziyyətdə olub.
Belə ki, matçdan bir neçə saat əvvəl bölgəyə yağan güclü yağışdan sonra meydançanı su basıb.