Gürcüstan millisinin hücumameyilli yarımmüdafiəçisi Xviça Kvaratsxeliya AÇ-2024-də Portuqaliya yığmasının hücumçusu Kriştiano Ronaldo ilə görüşünü xatırlayıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Napoli”nin yarımmüdafiəçisi bu oyunun onun üçün önəmindən danışıb:
“Portuqaliyalılarla matç mənim üçün ən vacibi idi. Uşaqlıqdan bütləşdirdiyim futbolçuya qarşı oynayacaqdım.
Bu, heyrətamiz idi. Oyun başlamazdan əvvəl Ronaldo yanıma gəldi və mənə uğurlar arzuladı. Həmin an mən yeddinci cənnətdə idim”.
Oyun Gürcüstan yığmasının 2:0 hesablı qələbəsi ilə başa çatıb. Gürcülər İspaniya millisinə uduzduqları Avropa çempionatında 1/8 finala yüksəlmişdilər.