COP29

Messini qabaqladı, dünyanın ən məşhur oyunçularının reytinqində birinci yeri tutdu

00:20 Dünya futbolu 126
Messini qabaqladı, dünyanın ən məşhur oyunçularının reytinqində birinci yeri tutdu

“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo dünyanın ən məşhur futbolçularının reytinqində birinci yeri tutub.

Sportinfo.az xəbər verir ki, bu barədə “GiveMeSport”un məlumatında deyilir.

Ulduz futbolçu əzəli rəqibi Lionel Messini qabaqlayıb. “İnter Mayami”nin argentinalı hücumçusu isə ikinci olub.

İlk beşliyə həmçinin “Mançester Yunayted” və “Real"ın keçmiş futbolçusu Devid Bekhem, Beynəlxalq Futbol Federasiyasına (FIFA) görə 20-ci əsrin ən yaxşı futbolçusu, argentinalı Dieqo Maradona və FIFA Futbol Komissiyasının reytinqinə görə 20-ci əsrin ən yaxşı futbolçusu braziliyalı Pele daxil olub.

Siyahının tərtibi üçün meyarlar futbolçunun dünyadakı tamaşaçı kütləsi və populyarlığı, oyun səviyyəsi və karyerası ərzində, eləcə də sonradan idmana göstərdiyi təsir əsas götürülüb.

Digər Xəbərlər
Xəbər Lenti