COP29

Səudiyyə Ərəbistanında qalmır, keçmiş klubuna qayıdır - Braziliyalı ulduz

10:20 Dünya futbolu 154
Səudiyyə Ərəbistanında qalmır, keçmiş klubuna qayıdır - Braziliyalı ulduz

Neymar “Əl-Hilal”dan ayrılacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə “Fichajes” məlumat yayıb.

32 yaşlı forvardın “Əl-Hilal”la müqaviləsi 2025-ci il iyunun 30-da başa çatır. O, Səudiyyə Ərəbistanı təmsilçisi ilə müqaviləsini yeniləməyəcək.

Neymar 2025-ci ilin yayında azad agent kimi “Santos”a (Braziliya) qayıtmağa qərar verib.

Neymar 2023-cü ilin yayında PSJ-dən 90 milyon avroya “Əl-Hilal”a keçib. O, zədə səbəbindən komandada cəmi 5 oyun keçirib, 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Braziliyalı “Santos”un yetirməsidir. O, 2009-2013-cü illərdə bu komandada oynayıb. O, “Santos”un heyətində 225 matçda 136 qol vurub və 64 qolun ötürməsini verib.

Digər Xəbərlər
Xəbər Lenti
1 Oktyabr 08:50 Azərbaycanda 32-ci komanda