Fransa millisinin sabiq hücumçusu Tyerri Anri futbol təqvimini tənqid edib.
Sportinfo.az xəbər verir ki, “CBS Sports”a danışan fransalı futbolçuların hazırda daha çox oyun oynadığı və bunun da onların performansına təsir etdiyini bildirib:
"Məncə, futbolçular indi həddən artıq çox oyun oynayırlar. Buna görə də onlar futbolu zövq almadan oynamağa başlayıblar.
Son AVRO çempionatı...Orada oynayanlar indi də yorğun görünür. Çünki ən yaxşı oyunçular idilər.
Başqalarının nə dediyi mənə maraqlı deyil, onlar yorğun görünürlər.
Məsələn, "Mançester Siti"nin mövsümün əvvəlində Rodri və Fil Fodenə istirahət etməsi üçün ehtiyata göndərməsini görmək istəmirəm.
Onlar artıq o qədər yorulub ki, hələ sezon yeni başlayıb, lakin istirahət etmələri üçün ehtiyatda saxlayıblar. Demək ki, çox yorulurlar".